BSU-nun rektoru bir qrup tələbəni təltif etdi

Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev BSU-nun Tələbə Elmi Cəmiyyətində (TEC) 2021-2022-ci tədris ili ərzində aktiv fəaliyyəti ilə seçilən, həm universitetin, həm də respublikanın elmi tədbirlərində, beynəlxalq konfranslar və simpoziumlarda aktiv fəaliyyət nümayiş etdirmiş tələbələri ilə görüşüb.

Rektor Anar Nağıyev TEC-in fəaliyyətinin önəmini qeyd edərək, tələbələrə universitetin həyatında aktiv fəaliyyətə görə təşəkkür edib, onlara uğurlar arzulayıb. O, bundan sonra da universitetin bütün istiqamətlərdə, həmçinin elmi sahədə fəaliyyətində aktiv olmalarını tövsiyə edib. Rektor tələbələrin təşəbbüslərinə dəstəyini ifadə edərək, TEC-in üzvləri olan tələbələrin elmi araşdırmaları, fəaliyyətləri ilə yaxından maraqlanıb, onların elmə olan həvəslərinin gələcəkdə də davam və inkişaf edəcəyinə inandığını vurğulayıb. Tələbələrin hər biri, öz növbəsində, rektora minnətdarlıqlarını bildirib və müxtəlif layihə və elmi tədbirlərdə iştirakları barədə geniş məlumatlar veriblər. Sonda tələbələr rektor tərəfindən təşəkkürnamələrlə təltif ediliblər.