BSU əməkdaşları seminarda iştirak ediblər

Mayın 31-dən- iyunun 3-dək   Bakı Slavyan Universiteti və Lənkəran Dövlət Universitetinin 50-yə yaxın müəllimi üçün maliyyə savadlılığı mövzusunda seminarlar təşkil edilib. Seminarlarda “İstehlak kreditinin xüsusiyyətləri”, “Zaminlik”, “Vətəndaşlar üçün sığorta xidmətləri”, “Əmanətlərin sığortalanması”, “Rəqəmsal ödənişlərin üstünlükləri” mövzuları əhatə olunub, Mərkəzi Bankın maliyyə savadlılığı portalı və elektron resurslarına dair ətraflı məlumat təqdim edilib.

Seminarlar Mərkəzi Bankın əməkdaşı Vüsal Həsənov, Azərbaycan Bank Tədris Mərkəzinin ekspertləri Rauf Ağayev, Ruqiyyə Hacızadə, Pərviz Quliyev, müstəqil ekspert Pərviz Hüseynov və Mastercard beynəlxalq kart təşkilatının nümayəndələri İnanç Engin və Ege Uslu tərəfindən aparılıb. Seminarlar zamanı mövzular ətrafında müzakirələr olub və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.