BSU-da seminar keçirilib

Mayın 31-də Bakı Slavyan Universitetinin (BSU) ETLL-nin Azərbaycanşünaslıq və Slavistika bölməsi nəzdində fəaliyyət göstərən “Gənc Azərbaycanşünaslar” dərnəyi Şuşa ili çərçivəsində seminar təşkil edib. Seminarda “BMT və narkotiklər haqqında konvensiyalar qanunvericilikdə”, “Ermənistan Azərbaycan qarşıdurmasının tarixi”, “Qarabağ ən qədim dövrlərdən günümüzədək”, “Narkotizmə qarşı mübarizənin zəruriliyi” mövzularında məruzələr dinlənilib.

Seminarda BSU ETLL-nın rəhbər ofisinin laboratoriya müdiri Sadir Məmmədov, Azərbaycanşünaslıq və Slavistika bölməsinin müdiri Aygün Kərimova, laboratoriya əməkdaşları və tələbələr iştirak ediblər.

Seminarda Təhsil fakültəsinin tələbəsi Abdurazakova Aysu, Regionşünaslıq fakültəsinin tələbəsi Həsənova Fatimə və Tərcümə fakültəsinin tələbələri Həsənzadə Aynur və Niftullayeva Səkinəxanım çıxış ediblər.

Mövzular ətrafında müzakirələr aparılıb.