İyunun 1-də Bakı Slavyan Universitetində (BSU) Elmi Şuranın növbəti iclası keçirilib. Öncə BSU-nun rektoru, Elmi Şuranın sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyev BSU əməkdaşlarını yubileyləri münasibətilə təbrik edib.
Elmi Şuranın sədri Anar Nağıyev BSU-da 2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının Azərbaycan Respublikası Təhsil nazirinin “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” 19 may 2022-ci il tarixli F-282 nömrəli müvafiq əmrinin tələblərinə uyğun olaraq həyata keçirildiyini bildirib. Həmçinin, imtahanla bağlı BSU-da əlaqədar struktur bölmələrə verilmiş müvafiq tapşırıqları diqqətə çatdırıb.
Sonra rektor Anar Nağıyev “BSU-nun İnkişaf Strategiyası”nın icrası istiqamətində il ərzində görülmüş işlər barədə məlumat verib. Universitetin yeni loqotipinin elementlərinin özündə ehtiva etdiyi mesajlar barəsində danışıb. Regionda slavistika üzrə ilk universitet şüarı ilə qarşıya qoyulan məsələlərin həlli ilə bağlı görüləcək işlərdən söz açıb. O, qeyd edib ki, son aylar ərzində universitetin elmi-tədqiqat məsələləri ilə bağlı qarşısına qoyulan məqsədlərə uyğun olaraq bir sıra addımlar atılıb. Beynəlxalq elmmetrik bazalar və layihələrlə bağlı infosessiyaların təşkil olunacağını və tələbə təşkilatları, universitetin bəzi mərkəzlərinin fəaliyyətinin gücləndiriləcəyini vurğulayıb. Eyni zamanda, daxili keyfiyyətin təminatı sisteminin qurulması istiqamətində davamlı işlərin görüldüyünü, Təhsildə Keyfiyyətin Təminatı Agentliyi ilə müzakirə və görüşlərin aparıldığını bildirib.
Sonda cari məsələlərin geniş müzakirəsi olub.
Elmi Şura müvafiq qərarların qəbul edilməsi ilə başa çatıb.