BSU-da 2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası başlayıb

İyunun 1-dən Bakı Slavyan Universitetində (BSU) 2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası ənənəvi formada başlayıb.

İmtahan sessiyası Azərbaycan Respublikası Təhsil nazirinin “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” 19 may 2022-ci il tarixli F-282 nömrəli müvafiq əmrinin tələblərinə uyğun olaraq həyata keçirilir. Yaz semestrinin imtahan sessiyası 6 iyuladək davam edəcək.

İmtahanla bağlı BSU-da əlaqədar struktur bölmələrə müvafiq tapşırıqlar verilib, imtahan sessiyasının keçirilməsi üçün mövcud pandemiya şəraiti nəzərə alınaraq tədbirlər həyata keçirilib.

Hər fənn üzrə tələbələrin  giriş balları fakültələrdə müvafiq  lövhələrdə asılıb.

BSU-da imtahan sessiyasının təşkili və həyata keçirilməsi ilə bağlı İmtahan Qərargahı  yaradılıb.  Qərargaha daxil olan hər bir şikayətin operativ araşdırılması məqsədilə Qərargahın nəzdində Apelyasiya Komissiyası fəaliyyət göstərir. Bununla yanaşı, irad, təklif  və fikirlərini qeyd etmək üçün info@bsu-uni.edu.az  ünvanına yazmaqla, müraciət etmək olar.