BSU-nun rektoru imtahanlara hazırlıqla tanış oldu

Mayın 31-də Bakı Slavyan Universitetinin (BSU) rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyevin iştirakı ilə 2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının başlanmasının fakültə dekanları və əlaqədar struktur bölmə rəhbərləri ilə birgə müzakirəsi olub.

Sessiyaya hazırlıq işləri ilə tanışlıq məqsədilə universitetin hər iki tədris binasında imtahanlara hazırlıqla baglı vəziyyət izlənilib. İmtahan sessiyasının şəffaf, açıq, qaydalara uyğun keçirilməsi üçün semestr ərzində hər fənn üzrə tələbələrin topladıqları ballar cədvəl formasında fakültələrdə asılıb. İmtahan sessiyası müddətində "qaynar xətt"in fəaliyyət göstərməsi, info@bsu-uni.edu.az mail adresinin daim aktiv olması, tələbələrin, o cümlədən müəllim və əməkdaşların öz təklif, irad və fikirlərini bildirmək üçün hər iki tədris binasında qutuların qoyulması nəzərdə tutulub.

Qeyd edək ki, 2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası 01 iyun-06 iyul 2022-ci il tarixlərini əhatə edəcək.

 
 
Bir 6 nəfər, ayaqüstə duran insanlar, açıq hava və ağac şəkili ola bilər