BSU tələbələri beynəlxalq konfransda

Mayın 26-da Bakı Slavyan Universitetinin (BSU) Təhsil fakültəsinin MT 101 və İSM101/102 qrup tələbələri Nurəddinova Səbinə, Paşayeva Mələkxanım, Hüseynova Fəridə, Abbaszadə Şərəf, Ələkbərli Əzizə, Həşimova Naciyə, Dadaşlı Nuray, İbrahimova Sevinc Pedaqogika və Psixologiya kafedrasının müəllimləri dos.S.L.Axundova, b.m. A.P.Əliyeva, m. S.N.Cəfərova, m. A.B.Nəsibova, m. S.R.Həsənlinin elmi rəhbərliyi ilə Xəzər universitetində təşkil edilmiş beynəlxalq tələbə elmi konfransında iştirak ediblər.

Tələbələrə sertifikatlar təqdim olunub.