BSU-nun əcnəbi tələbələri “Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı” layihəsi çərçivəsində görüşdə olublar

Bir 8 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər

Mayın 23-də Bakı Slavyan Universitetinin (BSU) bir qrup əcnəbi tələbəsi Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşəbbüsü və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən “Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı” layihəsi çərçivəsində keçirilən görüşdə iştirak ediblər.

BAMF tərəfindən həyata keçirilən təlimin məqsədi Azərbaycanda əcnəbi və yerli tələbələr arasında əlaqələrin qurulması və möhkəmləndirilməsi, əcnəbi tələbələrin iş imkanları və onların problemləri ilə daha yaxından tanış olmaqdır.

Təlimdə əcnəbi tələbələrə peşəkar karyeraları üçün lazım olan düzgün yönləndirmə və təcrübə əldə etmək şansları ilə bağlı ətraflı məlumat verilib.

Təlimçilər, həmçinin tələbə və hüquqları, tələbə xidmət mövzularına aydınlıq gətirib, iştirakçıların suallarını cavablandırıblar.