Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 20-də Təhsildə Keyfiyyət Təminatı Agentliyində (TKTA) olublar.
Rektor Anar Nağıyev və TKTA-nin İdarə heyətinin sədri Ülkər Səttarova, həmçinin qurumun əməkdaşları arasında keçirilən görüşdə təhsilin keyfiyyətinin təmin olunması, eləcə də Təhsil Nazirliyi tərəfindən maliyyələşən BSU-nun xarici dil müəllimliyi (rus dili) ixtisasının təkmilləşdiriməsi layihəsi çərçivəsində birgə fəaliyyət, əməkdaşlığın digər imkanları müzakirə edilib.
BSU-nun nümayəndə heyəti TKTA-nin inzibati binasında yaradılan şərait və maddi-texniki baza ilə də tanış olublar.