BSU-da “Fransada təhsil proqramları” adlı treninq keçirilib

Mayın 18-də Bakı Slavyan Universitetinin Təlim və Tədris Mərkəzində Roman filologiyası kafedrasının təşkilatçılığı ilə Xarici dil müəllimliyi (Fransız dili) ixtisası üzrə təhsil alan tələbə və müəllimlər üçün treninq təşkil olunub.

"Fransada təhsil proqramları" adlı treninq Fransanın Azərbaycandakı səfirliyinin universitetlərarası əməkdaşlıq üzrə məsul şəxsi Augustin Huot de Saint-Albin tərəfindən aparılıb.

Seminar çərçivəsində Fransada magistr və doktorantura təhsil pillələri üzrə təhsil almaq imkanları, bu proqramlara qoşulmaq üçün müraciətlərin düzgün formada doldurulması barədə geniş məlumat verilib.

Treninq müzakirələrlə davam edib.