BSU-da seminar keçirilib

Bakı Slavyan Universitetində (BSU) Erasmus +(Petra) layihəsi çərçivəsində yaradılmış Təlim və Tədris Mərkəzində universitetin müəllim və tələbə heyəti üçün mayın 16-da növbəti seminar təşkil olunub. “İngilis dili dərslərində üç açar texnika” adlı seminar Xarici dillər kafedrasının müəllimi Simnarə Cəbrayılova tərəfindən aparılıb.

Seminarda ingilis dili dərslərinin effektiv təşkil edilməsi üçün üç vacib açar texnika barədə məlumat verilib. Müəllim S.Cəbrayılova bildirib ki, bu texnika dərsin düzgün bölünməsi, dərs zamanı tələbələrə nəzarətin və qiymətləndirmənin aparılması üçün vacib meyarları özündə əks etdirir. Seminar çərçivəsində təşkil olunmuş praktiki tapşırıqlar nəzəri məlumatları tətbiq etmək və müəllimlər arasında fikir mübadiləsi aparılmasına şərait yaradıb.