“Rus dili üzrə “Xarici dil müəllimliyi” ixtisasında təhsil proqramının yeni məzmununun yaradılması və tətbiqi” adlı layihə üzrə növbəti görüş keçirilib

Mayın 13-də Bakı Slavyan Universitetində "Rus dili üzrə "Xarici dil müəllimliyi" ixtisasında təhsil proqramının yeni məzmununun yaradılması və tətbiqi" adlı layihə üzrə növbəti görüş keçirilib.

Görüşü layihənin rəhbəri, dosent Güney Məhərrəmova açaraq, layihə çərçivəsində görülmüş işlər haqqında məlumat verib.
Görüşə layihə üzrə təyin olunmuş xarici təcrübəli ekspert Ülkər Babayeva çıxış edərək “Rus dili üzrə “Xarici dil müəllimliyi ixtisasında təhsil proqramının yeni məzmununun yaradılması və tətbiqi” layihəsi çərçivəsində təhsil proqramının hazırlanması üçün beynəlxalq təcrübənin öyrənilməsi və yerli əmək bazarının tələblərinin təhlilindən danışıb.

Tədbirdə layihənin icrası ilə bağlı geniş müzakirə aparılıb.

Qeyd edək ki, Bakı Slavyan Universiteti 12 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi qrant müsabiqəsinin qalibi olub. Belə ki, BSU Təhsil Nazirliyinin ali və orta ixtisas təhsilinin prioritet istiqamətləri üzrə inkişafa xidmət edən təşəbbüsləri dəstəklənməsi məqsədilə “Ali və orta ixtisas təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” mövzusunda elan etdiyi qrant müsabiqəsinin qalibi seçilib. “Rus dili üzrə “Xarici dil müəllimliyi” ixtisasında təhsil proqramının yeni məzmununun yaradılması və tətbiqi” adlı layihənin əsas məqsədi ali təhsilin bakalavriat səviyyəsi üçün Bakı Slavyan Universitetində rus dili üzrə “Xarici dil müəllimliyi” ixtisasında təhsil proqramının müasir məzmunun yaradılması və tətbiqindən ibarətdir. 9 ay davam edəcək layihə çərçivəsində Rus dili üzrə “Xarici dil müəllimliyi” ixtisasında peşə profili və təlim nəticələrinə əsaslanan müasir təhsil proqramının və tədris planının hazırlanması, yeni məzmun üzrə tədris resurslarının yaradılması və (və ya) təkmilləşdirilməsi, müvafiq idarəetmə və təlim infrastrukturunun formalaşdırılması, müəllim heyətinin(o cümlədən xarici müəllimlərin) seçilməsi, yerli müəllimlər üçün təlimlərin təşkili nəzərdə tutulur.

Layihə proqramı çərçivəsində Təhsil Nazirliyinin təqdim etdiyi qrant vəsaitlərindən istifadə olunmaqla, müəyyən edilmiş təhsil proqramı üzrə tədris resursları hazırlanaraq professor-müəllim heyətinin potensialı gücləndirilir.

Layihəyə müəllim heyəti üçün təlimlərin təşkili zamanı xarici mütəxəssislər də cəlb olunub.