BSU-nun Məktəb-Lisey Kompleksində Alman dilinə həsr olunmuş tədbir keçirilib

Mayın 12-də Bakı Slavyan Universitetinin ( BSU) Məktəb-Lisey Kompleksində Alman dilinə həsr olunmuş tədbir keçirilib. Tədbir şagirdlərdə Alman dilinə marağın artırılması, BSU-nun Məktəb-Lisey Kompleksində xarici dil kimi tədrisinin keyfiyyətinin yüksəldilməsi və müəllimlərin Alman dilinin tədrisi sahəsində il ərzində həyata keçirdikləri işlərin hesabatının dinlənilməsi məqsədilə təşkil edilib. Tədbirdə əvvəlcə bu təhsil müəssisəsində Alman dilinin tədrisinin vəziyyəti barədə danışılıb, sonra isə şagirdlər tərəfindən şeirlər, mahnılar, tamaşalardan hissələr nümayiş etdirilib.


Tədbirdə DAAD-nin mühazirəçisi Mara Lisa, ÖEAD-nin mühazirəçisi Noemi Tanczos, "Alman Dili Müəllimləri" İctimai Birliyi İdarə Heyətinin sədri Lətifə Qurbanova, Xaricdə məktəblərarası tərəfdaşlıq proqramının rəhbəri İrina Veyer iştirak ediblər.