BSU komandası tələbələr arasında keçirilən mini-futbol üzrə çempionatda 3-cü olub

Nəsimi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının ( ATGTI) dəstəyi ilə 9 may tarixində “Ulu Öndər” Heydər Əliyevin doğum gününə həsr olunmuş universitetlərarası (mini) futbol çempionatı keçirilib.


Turnirdə 8 komanda təşkil olunub və 9 maydan etibarən start götürüb. Çempionat ələmə sistemi ilə həyata keçirilib. Bakı Slavyan Universitetindən müxtəlif ixtisaslar üzrə 8 nəfər olmaqla, 1 komanda yarışda iştirak edib. BSU komandası püşkatma nəticəsində, ilkin olaraq, Azərbaycan Dövlət İqtisad Universiteti ilə yarışıb, 4:0 qalibiyyətlə növbəti mərhələyə keçib. Daha sonra 10 may tarixində keçirilən yarımfinal mərhələsində Azərbaycan Universiteti ilə yarışıb.
BSU komandası yarışmanın sonunda 3-cü yerə layiq görülüb.


Komandanın bütün üzvləri medal və sertifikatlarla təltif olunublar.