BSU-nun Məktəb-Lisey Kompleksində Ümummilli Lider Heydər Əliyevin doğum günü qeyd edilib

 

Mayın 10-da Bakı Slavyan Universitetinin (BSU) Məktəb-Lisey Kompleksində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş sinif saatları təşkil edilib, divar qəzetlərinin sərgisi keçirilib.


Şagirdlər dahi şəxsiyyət, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının suverenliyi, hərtərəfli inkişafı naminə böyük və əvəzedilməz işlər həyata keçirmiş dünya şöhrətli siyasi xadim Heydər Əliyev haqqında təqdimatlarla çıxış ediblər.


Tədbir iştirakçıları Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.