BSU-da “Şuşanın görkəmli musiqi xadimləri”adlı bədii sərginin açılışı olub

Aprelin 28-də Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə elan edilmiş “Şuşa ili” çərçivəsində Bakı Slavyan Universiteti (BSU) və Azərbaycan Rəssamlar İttifaqı ilə birgə təşkil olunan Xalq rəssamı, professor Arif Hüseynovun əsərlərindən ibarət “Şuşanın görkəmli musiqi xadimləri” adlı sərginin ilk nümayişi olub.Tədbirdə Azərbaycanın görkəmli mədəniyyət, elm və incəsənət xadimləri, millət vəkilləri, ziyalılar, universitetin rəhbərliyi, professor-müəllim heyəti və tələbələri, media nümayəndələri iştirak ediblər.
 
Tədbirin moderatoru BSU-nun Jurnalistika kafedrasının professoru Etibar Babayev sərginin tərbiyəvi əhəmiyyətindən danışıb. O,Xalq rəssamı Arif Hüseynovun yaradıcılığındaQarabağ mövzusunun önəmli yer tutduğunu diqqətə çatdırıb. Rəssamın “Şuşanın görkəmli musiqi xadimləri” bədii sərgisində nümayiş olunan 15 əsəri BSU- ya xatirə hədiyyəsi olaraq təqdim edəcəyini qeyd edib.
 
Tədbirdə çıxış edən BSU-nun rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyev Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbənin hər birimiz üçün böyük qürur və iftixar mənbəyi olduğunu bildirib. Rektor qeyd edib ki, BSU-da Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə elan edilmiş “Şuşa ili” çərçivəsində təşkil olunan müxtəlif səpkili tədbirlər sırasında “Şuşanın görkəmli musiqi xadimləri” sərgisi xüsusi yer tutur. Rektorgənclərin vətənpərvərlik ruhunda tərbiyəsi məqsədi daşıyan bu sərginin BSU-da digər rəssamların əsərlərindən ibarət sərgilərin keçirilməsi ənənəsinin təməlini qoyacağını vurğulayıb.
 
Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva çıxışında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevinyürütdüyü doğru siyasəti nəticəsində Azərbaycanın gücləndiyini və torpaqlarımızın işğaldan azad edildiyini qeyd edib. Qazanılmış bu möhtəşəm zəfər üçün öz töhfələrini verənlərsırasında Xalq rəssamı Arif Hüseynovun da xüsusi rolu olduğunu bildirib.
 
Millət vəkili Tahir Rzayev Xalq rəssamı Arif Hüseynovun milli-mənəvi dəyərləri əks etdirənrəsm əsərlərinin Azərbaycanın dünyaya tanıdılmasında mühüm rol oynadığını vurğulayıb.
 
Millət vəkili Ceyhun Məmmədov qələbənin möhkəmləndirilməsi üçün vətənpərvərlik ruhunun daimi olaraq gənclərə aşılanması baxımından belə tədbirlərin mütəmadi olaraq keçirilməsinin əhəmiyyətindən söz açıb.
 
Azərbaycan Rəssamlıq Akademiyasının professoru, xalq rəssamı Sirus Mirzəzadə rəssamın yaradıcılığı ilə bağlı öz təəsüratlarını bölüşüb.
 
Xalq şairi Nurəddin Mehdixanlı çıxışında təhsil və mədəniyyətin vacibliyindən söz açıb. O, 40 ildən artıq dəzgah və qrafika sahəsində fəaliyyət göstərən Xalq rəssamı Arif Hüseynovun miniatür sənətinə yeni biçim, yeni ölçü gətirən rəssamlardan biri olduğunu deyib.
 
Azərbaycanın əməkdar incəsənət xadimi, yazıçı Natiq Rəsulzadə çoxşaxəli yaradıcılığa malik olan Arif Hüseynovun əsərlərinin məhz ali təhsil ocağında nümayiş etdirilməsinin təqdirəlayiq hal olduğunu vurğulayaraq, tələbələrin bu sərgi ilə yeni bilgilər əldə edəcəyini dilə gətirib.
 
Bəstəkar Gövhər Həsənzadə rəssamın əsərlərində Azərbaycanın kolorit, etnik,dinamik musiqi ruhunu daşıdığını diqqətə çatdırıb.
 
Xalq şairi Vahid Əziz tədbirin ruhuna uyğun olan şeirlərindən birini səsləndirib.
 
Xalq rəssamı Arif Hüseynov tədbirin təşkilinə görə universitet rəhbərliyinə və qonaqlara təşəkkürünü bildirərək bu ənənənin davamı olacağına inamını ifadə edib.
 
Sonda tədbir iştirakçıları sərgi ilə yaxından tanış olublar.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
b