Doktoranturaya qəbul üçün tələb olunan sənədlər

Doktorantura telebe ucun kabinet telimati.pdf

 

 

 Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul üçün

aşağıdakı sənədlər təqdim edilir:

- ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);

- kadrların şəxsi-qeydiyyat vərəqəsi;

- tərcümeyi-hal;

- 2 ədəd fotoşəkil (3x4 ölçüdə);

- iş yerindən xasiyyətnamə;

- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (qiymət cədvəlindən çıxarış) surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikası vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);

- çap olunmuş elmi işlərin siyahısı (elmi katib tərəfindən təsdiq edilmiş) və ya seçilmiş ixtisas üzrə referat;

- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;

- şəxsiyyəti təsdiq edən sənədin surəti;

-elmi rəhbərin yazılı razılığı.

 

Elmlər doktoru proqramı üzrə doktoranturaya qəbul üçün

aşağıdakı sənədlər təqdim edilir:

- ərizə;

- kadrların şəxsi-qeydiyyat vərəqəsi;

- tərcümeyi-hal;

- 2 ədəd fotoşəkil (3x4 ölçüdə);

- iş yerindən xasiyyətnamə;

- əmək kitabçasından çıxarış;

- çap olunmuş elmi işlərin siyahısı;

- «Fəlsəfə doktoru» və ya «Elmlər namizədi» elmi (alimlik) dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;

- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikası vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);

- şəxsiyyəti təsdiq edən sənədin surəti;

- elmi məsləhətçinin yazılı razılığı.