TTKF-ə müraciət etmiş şəxslərin nəzərinə

TTKF-ə müraciət etmiş şəxslərin nəzərinə:

Təhsil tələbə krediti hər tədris ili üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamları ilə təsdiq edilmiş illik təhsil haqqının yarısı (1 semestr üçün) miqdarında müəyyən edilir.

Məsələn, tələbənin illik təhsil haqqı 2000 manatdırsa,

1-ci hal (hər iki semestrdə eyni növ TTK almaq hüququnu əldə edir):
Sosial TTK üzrə:
 Birinci semestr 1000 (2000/2) manat kredit ayrılacaq;
 İkinci semestr 1000 (2000/2) manat kredit ayrılacaq.
Standart TTK üzrə:
 Birinci semestr 600 ((2000/2) - (2000*20%)) manat kredit ayrılacaq;
 İkinci semestr 1000 (2000/2) manat kredit ayrılacaq.

2-ci hal (1-ci semestrdə sosial TTK, 2-ci semestrdə standart TTK almaq hüququnu əldə edir):
 Birinci semestr 1000 (2000/2) manat kredit ayrılacaq;
 İkinci semestr 600 ((2000/2) - (2000*20%)) manat kredit ayrılacaq.

3-cü hal (1-ci semestrdə sandart TTK, 2-ci semestrdə sosial TTK almaq hüququnu əldə edir):

 Birinci semestr 600 ((2000/2) - (2000*20%)) manat kredit ayrılacaq;
 İkinci semestr 1000 (2000/2) manat kredit ayrılacaq.

4-cü hal (1-ci semestrdə sandart TTK əldə edir, 2-ci semestrdə akadaemik borc):

 Birinci semestr 600 ((2000/2) - (2000*20%)) manat kredit ayrılacaq;
 İkinci semestr 0 manat kredit ayrılacaq. TM müraciətə imtina verməlidir.

5-ci hal (1-ci semestrdə sosial TTK əldə edir, 2-ci semestrdə akadaemik borc):

 Birinci semestr 1000 (2000/2) manat kredit ayrılacaq;
 İkinci semestr 0 manat kredit ayrılacaq. TM müraciətə imtina verməlidir.

Qeyd: Sosial TTK alan tələbənin özünün ödədiyi təhsil haqqı tam məbləğdə, standart TTK alan tələbənin isə illik təhsil haqqının 20 faizindən çox olan hissəsi təhsil müəssisəsi tərəfindən tələbəyə geri qaytarılmalı və ya növbəti semestr üçün transfer edilməlidir.

#tehsil #telebe #telebekrediti #tehsiltelebekrediti #universitet #tehsilhaqqi #tehsilnazirliyi