Təhsil fakültəsində “Xocalı soyqırımı və tarixi həqiqətlər” mövzusunda təqdimatlar keçirilib

   

Fevralın 25-də Bakı Slavyan Universitetinin (BSU) Təhsil fakültəsinin  bütün qruplarında dərslər Xocalı faciəsinin otuzuncu ildönümünə həsr edilib və “Xocalı soyqırımı və tarixi həqiqətlər” mövzusunda təqdimatlar keçirilib. Əvvəlcə Xocalı faciəsi qurbanlarının, eləcə də ərazi bütövlüyümüzün qorunması, torpaqlarımızın azad olunması uğrunda şəhid olanların  əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

   

Sonra Xocalı faciəsinə həsr olunmuş videocarx  nümayiş etdirilib, şeirlər səsləndirilib, MT 202-ci qrup tələbələri tərəfindən  hazırlanmış “Yaddaşın ölümsüzlüyü” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub. Həmin kompozisiya BSU-da keçirilən  “Xocalı soyqrımı-qan yaddaşımız” adlı tədbirdə də təqdim edilib.