BSU-da “Xocalı soyqırımının tanıdılmasında tələbələrin rolunun artırılması” layihəsi çərçivəsində tədbir keçirilib

   

Fevralın 25-də Bakı Slavyan Universitetində (BSU) “Qayıdış və Dirçəliş Naminə  Gənclər Təşkilatı” İctimai Birliyi “Xocalı soyqırımının tanıdılmasında tələbələrin rolunun artırılması” layihəsi çərçivəsində tədbir keçirib.Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

   

Tərbiyə işləri üzrə prorektor, dosent Xanım Sultanova  bildirib ki, XX əsrin ən dəhşətli faciələrindən biri, bəşəriyyətə və insanlığa qarşı törədilmiş ağır cinayət olan Xocalı soyqırımından 30 il ötür.  Xalqımızın Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti nəticəsində Vətən müharibəsində Zəfər qazanması ilə Xocalı soyqırımı qurbanlarının da qisası alındı.

"Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatı" İctimai Birliyinin sədri Vüqar Qədirov qeyd edib ki, layihənin məqsədi gənclərin Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması prosesinə geniş cəlb edilməsidir. Onun çıxışında Xocalı faciəsinin baş verdiyi ictimai-siyasi vəziyyət, beynəlxalq miqyasda soyqırımı kimi tanınması istiqamətində görülən işlər, həmçinin vətənpərvər Azərbaycan gəncliyinin Zəfərin qazanılmasındakı misilsiz xidmətləri faktlarla əksini tapıb.

Tədbirdə çıxış edən " Zirvə Mədəniyyət və İncəsənət" İctimai Birliyinin sədri, Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədr müavini Şahin Qədirov Xocalı soyqırımının səbəb və nəticələri, bütövlükdə ermənilərin tarix boyu xalqımıza qarşı həyata keçirdikləri deportasiya və soyqırımı siyasəti barədə fikirlərini bölüşüb.

Sonda I tədris ili magistrantı Sevda İbrahimova Azərbaycan gənclərinin Xocalı soyqırımının tanıdılmasıda fəal iştirak etməsinin vacibliyini bildirib.