A.R.Nağıyevin Bakı Slavyan Universitetinin rektoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                 

 

1. Anar Rüstəm oğlu Nağıyev Bakı Slavyan Universitetinin rektoru təyin edilsin.

 

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham Əliyev

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 18 fevral 2022-ci il