BSU-da " Səssiz pasiyent" əsərinin müzakirəsi keçirilib

  

Fevralın 1-də Bakı Slavyan Universitetinin Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə "Kitab müzakirəsi" layihəsi çərçivəsində Alex Michaelidesin "Səssiz pasiyent" əsərinin müzakirəsi keçirilib. Qeyd edək ki, layihənin ideya müəllifi və rəhbəri Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi və aspirantı Məlakə Rəcəbovadır. Layihənin məqsədi bədii əsərlər haqqında fərqli fikirləri müzakirə və təhlil etməkdir.

"Zoom" platforması üzərindən keçirilən və Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, professor Rəhilə Qeybullayevanın moderatoru olduğu müzakirədə kafedranın professor-müəllim heyəti, magistrantlar, həmçinin kafedranın  Qazaxıstanın Almatı şəhərindən olan aspirantları iştirak ediblər.

Müzakirədə əsər haqqında maraqlı və diqqətçəkən fikirlər səsləndirilib.