"Teknofest Azərbaycan" festivalı keçiriləcək

Cari ilin 26-29 may tarixlərində Azərbaycanda Türkiyənin ən böyük texnologiya festivalı olan “Teknofest” əsasında “Teknofest Azərbaycan” festivalı təşkil olunacaq.


Festival çərçivəsində müxtəlif kateqoriyalar üzrə gənclər arasında müsabiqələrin keçirilməsi planlaşdırılıb.


“Teknofest Azərbaycan” tədbiri çərçivəsində keçirilən “Baku Skills” kateqoriyası üzrə müsabiqə Təhsil Nazirliyinin və Təhsil İnstitutunun (ARTİ) dəstəyi ilə "STEAM Azərbaycan" layihəsi tərəfindən təşkil olunur. “Baku Skills” müsabiqəsi iştirakçıların 3D çap texnologiyasında istifadə bacarıqlarının təkmilləşdirilməsini hədəfləyir. Sözügedən yarışmada 3D modelləşdirmə və çap sahəsində marağı və biliyi olan bütün tələbələr iştirak edə bilər. “Baku Skills” (3D modelləşmə, 3D çap) kateqoriyası üzrə yarışmada iştirak hüququ qazanmış komandalar üçün lazımi avadanlıq və ləvazimat təchizatı Təhsil Nazirliyi tərəfindən həyata keçiriləcək.


Müsabiqə haqqında ətraflı məlumat və qeydiyyat üçün keçid: https://teknofest.az/az/competitions/competition/6


Qeyd edək ki, sözügedən müsabiqə ilə bağlı hər hansı sualınız olarsa, ARTİ-nin müvafiq elektron poçt ünvanı (innovations@arti.edu.az) vasitəsilə cavab ala bilərsiniz.


Yarışma haqqında tələbələri ətraflı məlumatlandırmaq üçün yaxın günlərdə infosessiyaların keçirilməsi nəzərdə tutulur. İnfosessiyalarla bağlı ətraflı məlumat almaq üçün @steam.edu.az səhifəsini izləyin.