BSU-nun kollektivi Şəhidlər Xiyabanını ziyarət edib

   

20 Yanvar-Ümumxalq Hüzn Günüdür. Bununla əlaqədar olaraq, yanvarın 19-da Bakı Slavyan Universitetinin (BSU) rəhbərliyi, müəllim və tələbələri, əməkdaşları Şəhidlər Xiyabanını ziyarət ediblər. Ziyarət zamanı Azərbaycanın ərazi bütövlüyü və dövlət müstəqilliyi uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirəsi dərin ehtiramla yad edilib,məzarları önünə gül dəstələri düzülüb.

Qeyd edək ki, BSU-nun kollektivi həmişə şəhidlərimizin xatirəsini uca tutur.Universitetin hər iki tədris binasında şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədilə stend və guşənin yaradılması,şəhidlərlə bağlı davamlı tədbirlərin keçirilməsi bunun əyani ifadəsidir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!