BSU-nun kollektivinə ağır itki üz verib

Yanvarın 1-də Bakı Slavyan Universitetində( BSU) rus dili və ədəbiyyatı müəllimləri nəslinin yetişdirilməsində mühüm xidmətləri olmuş, ömrünü ali və orta məktəblər üçün dərsliklərin və tədris vəsaitlərinin hazırlanmasına həsr etmiş istedadlı pedaqoq və metodist, pedaqogika üzrə fəlsəfə doktoru,dosent Mədinə Qiyasbəyli uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi.

Mədinə Qiyasbəyli 1948-ci il mayın 6-da Bakı şəhərində anadan olub.Qeyd edək ki, böyük pedaqoji məharəti ilə bərabər Mədinə Qiyasbəyli həm də xarici dil kimi rus dili üzrə tədris vəsaitləri komplektlərinin hazırlanmasına ciddi töhfələr verən metodist-alim idi. Uzun illər çalışdığı BSU-nun Rus dili və onun tədrisi metodikası kafedrasında, Heydər Əliyev adına Müasir Təhsil Kompleksində həmkarları ilə birgə hazırladığı dərslik komplektləri yerli və əcnəbi təhsilalanlar üçün əvəzolunmaz tədris resursları idi. Mədinə Qiyasbəylinin əziz xatirəsi həmişə qəlbimizdə yaşayacaq.

BSU-nun rəhbərliyi və kollektivi dosent Mədinə Qiyasbəylinin vəfatından kədərləndiyini bildirir və mərhumun ailə üzvlərinə,yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!