Azərbaycan Respublikası Təhsil Nazirliyi

Əziz tələbələr, təhsil haqqını ödəməkdə çətinlik çəkirsinizsə, Təhsil Nazirliyinin tabeliyində yeni yaradılmış Təhsil Tələbə Krediti Fonduna müraciət edərək illik 2 % və 6 % - lə tələbə krediti ala bilərsiniz.

Kredit alındıqdan sonra geri ödəmə dövrü təhsil müddəti bitdikdən 2 il sonra başlayır və 10 il ərzində ödənilir. Geri ödəmə dövrü başlamadan faiz hesablanmır.

Daha ətraflı məlumat və qeydiyyatdan keçmək üçün Təhsil Tələbə Krediti Fondunun rəsmi "Facebook" səhifəsini izləyin.