2021-2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının Azərbaycan Respublikası Təhsil nazirinin “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” 10.12.2021-ci il tarixli F-570 nömrəli əmrinin tələblərinə uyğun təşkili və keçirilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə
2021-2022-ci tədris ilinin payız imtahan sessiyasının təşkili və keçirilməsi barədə
ƏMR EDİRƏM:
I. Payız semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi “Kredit sistemi ilə təhsil alan tələbələrin fənlər üzrə imtahanları haqqında Əsasnamə”nin, mövcud normativ sənədlərin, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs tərəfindən hazırlanmış “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər”in və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın təsdiq edilməsi barədə” 2020-ci il 10
sentyabr tarixli 332 nömrəli Qərarın, Azərbaycan Respublikası Təhsil nazirinin “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” 10.12.2021-ci il tarixli F-570 nömrəli əmrin tələbləri gözlənilməklə müvafiq strukturlar tərəfindən təmin edilsin.
II. Payız semestrinin imtahan sessiyası 03.01 - 01.02.2022-ci il tarixlərində ənənəvi formada təşkil olunsun.
III. İxtisas fənlərinin məzmun və xüsusiyyətlərindən asılı olaraq, fakültə və ya müvafiq şöbə rəhbərliyinin təqdimatı əsasında yazılı formada aparılan imtahanlarla yanaşı, şifahi imtahanların təşkilinə yer verilsin. Şifahi imtahanlar müvafiq tələblər gözlənilməklə lazımi avadanlıqlarla təchiz olunmuş auditoriyalarda təşkil olunsun.
IV. Tədris korpuslarında, imtahan otaqlarında sanitar-gigiyenik tələblərin gözlənilməsi və məsafənin saxlanılması məqsədilə imtahan cədvəllərinə uyğun olaraq imtahanlar iki növbədə təşkil olunsun. İşçi heyət imtahanlar müddətində bir çox insanla təmasda olduğundan maska, dezinfeksiyaedici məhlul və gigiyenik vasitələrlə təmin edilsin.
V. İmtahan nəzarətçiləri qismində yaşı 65-dən yuxarı və xroniki xəstəliyi olan şəxslər təyin olunmasın.
VI. 2021-2022-ci tədris ilinin payız imtahan sessiyasının təşkilinə, gedişinə nəzarəti həyata keçirmək, yarana biləcək münaqişə və şikayətlərin yerində operativ həllini təmin etmək məqsədilə universitet rəhbərliyinin, universitetdə fəaliyyət göstərən valideynlər şuralarının, tələbə-gənclər təşkilatlarının, mətbuat xidmətinin nümayəndələrindən ibarət aşağıdakı tərkibdə «İmtahan qərargahı» yaradılsın:
1. S.e.ü.f.d. Nağıyev Anar Rüstəm oğlu - sədr, rektor səlahiyyətlərini icra edən
2. Prof. Cəfərov Telman Həmzağa oğlu – üzv, tədris işləri üzrə prorektor
3. Prof. Novruzov Rafiq Manaf oğlu - üzv, elmi işlər üzrə prorektor
4. Məmmədov Fərid Rauf oğlu – üzv, ümumi işlər üzrə prorektor
5. Dos. Cəbrayılov Nəsib Hüseyn oğlu – üzv, Tələbə və məzunlarla iş şöbəsinin müdiri
6. Prof. Şahbazova Aidə Heybət qızı – üzv, Rus dili və onun tədrisi metodikası kafedrasının müdiri
7. Dos. Rəhimzadə Vüqar Gəncəli oğlu – üzv, BSU İctimai-Etimad Şurasının üzvü
8. Həsənov Fikrət Surxay oğlu – üzv, BSU Həmkarlar Təşkilatının sədri
9. Həşimov Rüfət İlham oğlu – üzv, rektorun köməkçisi
10. Dərgahlı Nicat Davud oğlu – üzv, ümumi işlər üzrə prorektorun köməkçisi
11. Nəsibova Ülviyyə Bəyoğlan qızı - üzv, Humanitar və sosial elmlər fakültəsi Valideynlər şurasının sədri
12. Məmmədli Tural Zahir oğlu - üzv, Humanitar və sosial elmlər fakül-təsinin BM-401 qrup tələbəsi, universitet Tələbə Gənclər təşkilatının üzvü
13. İsmayılov Əli Rauf oğlu – üzv, Magistrantlar Şurasının sədri, MA-108 qrup tələbəsi
VII. Kredit sistemi ilə tədrisin təşkili “Qaydaları”na müvafiq olaraq, payız imtahan sessiyası müddətində tələbələrə əvvəlki imtahan sessiyalarından qalan kredit borclarını fənni (fənləri) təkrar dinləmədən ləğv etmək imkanı verilsin. Cari imtahan sessiyası üzrə yaranmış kredit borclarının fənni (fənləri) təkrar dinləmədən aradan qaldırılmasına 03 – 15 fevral 2022-ci il tarixlərində şərait yaradılsın.
Kredit borclarını fənni (fənləri) təkrar dinləmədən ləğv etmək arzusun-da olan tələbələr imtahan nəticəsindən narazı qaldıqları halda onlara apel-yasiya komissiyasına əyani şəkildə müraciət etmək imkanı yaradılsın.
VIII. İmtahanların mövcud qaydalar əsasında keçirilməsi məqsədilə fakültə və şöbələr üzrə koordinatorlar – imtahan nəzarətçiləri qrupu yaradılsın.
IX. İmtahan nəticələrindən narazı qalan tələbələrin müraciətlərinə operativ qaydada baxılması məqsədilə fakültə və şöbələr üzrə apelyasiya komissiyaları formalaşdırılsın.
X. İmtahan qərargahına və müvafiq strukturlara tapşırılsın:
a) fakültə və şöbələrdə baş verən neqativ hallarla bağlı daxil olan
məlumatlar operativ araşdırılıb müvafiq tədbirlər görülsün;
b) qərargahın fəaliyyəti barədə rektorluğa müntəzəm olaraq məlumat verilsin;
c) “İmtahan qərargahı”na və apelyasiya komissiyalarına tələbənin müraciəti daxil olan andan sonra 1 (bir) gün ərzində ərizəyə baxılıb (fənni tədris edən mütəxəssis və ya mütəxəssislərin iştirakı ilə) müvafiq qərar qəbul edilsin. Qəbul edilmiş qərarlar protokol-laşdırılsın, müraciətin xarakterinə uyğun olaraq “İmtahan qərar-gahı” sədrinin və ya apelyasiya komissiyaları sədrlərinin imzası ilə təsdiqlənsin;
d) qərargahın yaradılması və fəaliyyəti barədə müəllim, tələbə və valideynlərə, mətbuata vaxtaşırı məlumat verilsin;
e) Mətbuat xidməti tələbələrin biliyinin qiymətləndirilməsi və “İmtahan qərargahı”nın fəaliyyəti barədə məlumatların mütəmadi olaraq universitet saytında və mətbuatda işıqlandırılmasını təmin etsin;
f) İmtahanların təşkilində və gedişatında nöqsanlara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görülsün;
g) Tədris işləri üzrə prorektor (prof. T.Cəfərov) İmtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə hesabatın 10 gün müddətində Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim olunmasını təmin etsin.
XI. Nəzərə alınsın ki, imtahan sessiyasının gedişində rast gəlinən hər bir neqativ hala görə müvafiq qurum rəhbərləri, fakültə dekanları və şöbə müdirləri bilavasitə məsuliyyət daşıyırlar.
XII. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
Əsas: Azərbaycan Respublikası Təhsil Nazirliyinin “İmtahan sessi-yasının təşkili və keçirilməsi barədə” 10.12.2021-ci il tarixli F-570 nömrəli əmri, tədris işləri üzrə prorektor prof. T.H.Cəfərovun 22.12.21-ci il tarixli təqdimatı
Rektorun səlahiyyətlərini icra edən s.e.ü.f.d. Anar Nağıyev
Təqdim etdi:
Tədris işləri üzrə prorektor prof. T.H.Cəfərov
Razılaşdırıldı
Eimi işlər üzrə prorektor prof. R.M.Novruzov
Ümumi işlər üzrə prorektor F.R.Məmmədov
Hüquqşünas X.Ə.Zeynalov
Göndərilsin:
prorektorlar
fakültələr
şöbələr