Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin şagirdi “Rəqəmsal gələcəyə addım” respublika müsabiqəsinin sertifikatına layiq görülüb

   

Dekabrın 14-də Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Alqoritmika” Beynəlxalq təhsil şirkəti tərəfindən “Kod saatı” qlobal hərəkatı çərçivəsində V-IX sinif şagirdləri üçün təşkil olunmuş “Rəqəmsal gələcəyə addım” respublika müsabiqəsi yekunlaşıb.

Müsabiqənin finalında respublikanın 61 məktəbindən 20 komanda – 100 nəfər şagird iştirak edib. Şagirdlər münsiflər heyəti qarşısında proqramlaşdırma dilləri vasitəsilə yaradıcı layihələrlə işləmək bacarıqlarını nümayiş etdiriblər.

Münsiflər heyətinin qərarına əsasən, Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin VIII sinif şagirdi Murad Alxaslının daxil olduğu komanda qalib gəlib.

“Rəqəmsal bacarıqlar” layihəsinin iştirakçılarına sertifikat və hədiyyələri təhsil nazirinin müavini Muxtar Məmmədov, “Alqoritmika” şirkətinin təsisçisi Andrey Lobanov,Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov təqdim ediblər.