Tələbə Gənclər Təşkilatının fəal üzvləri Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

  

Dekabrın 12-də Bakı Slavyan Universiteti Tələbə Gənclər Təşkilatının İdarə Heyətinin üzvləri və fəalları Fəxri xiyabanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər. Tələbə-gənclər Ulu Öndər Heydər Əliyevin məzarı önünə gül dəstələri düzərək, əziz xatirəsini dərin ehtiramla yad ediblər.