Belarus Tədris-Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib

  

Dekabrın 10-da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq Bakı Slavyan Universitetinin Belarus Tədris-Mədəniyyət Mərkəzində tədbir keçirilib. Qeyd edək ki, tədbir dərs-dəyirmi masa formatında gerçəkləşib.

Tədbirdə Belarus Tədris-Mədəniyyət Mərkəzinin müdiri Albina Seyidova Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən,həmçinin Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında geniş əlaqələrin yaradılmasındakı xidmətlərindən bəhs edən videoçarx əsasında dolğun məlumat verib.