BSU-da təhsil alan əcnəbi tələbələr ekskursiyada iştirak ediblər

   

  

 

  

Dekabrın 9-da Bakı Slavyan Universitetinin ( BSU) Əcnəbi tələbələrlə iş üzrə dekanlığının təşkilatçılığı ilə universitetdə təhsil alan əcnəbi tələbələrin Azərbaycan Milli İncəsənət Muzeyinə ekskursiyası təşkil edilib. Eksursiyada BSU-da Türkiyə Respublikasından, Çin Xalq Respublikasından, Koreya Respublikasından və Pakistan İslam Respublikasından təhsil alan əcnəbi tələbələr iştirak ediblər. Azərbaycan Milli İncəsənət Muzeyinə eksursiya əcnəbi tələbələrdə xoş təəssürat yaradıb.