Esse müsabiqəsinin qalibəri mükafatlandırılıb

   

 

Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsində 8 Noyabr-Zəfər Gününə həsr olunmuş esse müsabiqəsi keçirilib. Qeyd edək ki, müsabiqə nəticəsində I yerə həmin fakültənin III tədris ili tələbəsi Səbinə Nəsibli, II yerə IV tədris ili tələbəsi Günel Məmmədova, III yerə III tədris ili tələbəsi Elmin Sərdarlı layiq görülüb. Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin Elmi Şurasının noyabrın 26-da keçirilən iclasında esse müsabiqəsinin qalibləri olmuş tələbələrə BSU-nun rektoru səlahiyyətlərini icra edən,siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyevin imzaladığı sertifikatlar, Şuşadan gətirilmiş torpaq, Xarı bülbülü əks etdirən döş nişanları və hədiyyələr təqdim edilib.