Təhsil TV-nin "Təməl" verilişinin növbəti buraxılışı

26 noyabr saat 16:00-da Təhsil TV-nin “Təməl” verilişinin növbəti buraxılışı yayımlanacaq.

Budəfəki buraxılışda “Təhsil tələbə krediti nə vəd edir?" mövzusunda canlı müzakirə aparılacaq.

Təhsil nazirinin müavini İdris İsayev və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlının iştirakı ilə olacaq verilişi Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən canlı izləyə bilərsiniz.

Mövzuya dair müvafiq suallarınızı postun rəy bölməsində qeyd edə bilərsiniz.

#Təməl #TəhsilTələbəKrediti