BSU-nun müəllim və tələbələri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

   

Noyabrın 21-də Azərbaycan cəmiyyətinin aparıcı qüvvəsi və Cənubi Qafqazın ən böyük siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının ( YAP) yaradılmasının 29-cu ildönümü tamam olur. Bu münasibətlə noyabrın 20-də Bakı Slavyan Universitetinin (BSU) rəhbərliyi, müəllim və tələbələri, YAP-ın Nəsimi rayon təşkilatının BSU üzrə ərazi partiya təşkilatının Gənclər Birliyinin üzvləri Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, partiyanın yaradıcısı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər. Ziyarət zamanı Ulu Öndər Heydər Əliyevin məzarı önünə gül dəstələri düzülüb,əziz xatirəsi dərin ehtiramla yad edilib. Xalqımızın görkəmli oftalmoloq alimi, akademik Zərifə xanım Əliyevanın da xatirəsi dərin ehtiramla anılıb, məzarı önünə gül dəstələri düzülüb.