Bakı Slavyan Universiteti üzrə gənc tədqiqatçıların elmi fəaliyyətlərinin mükafatlandırılması mexanizmləri

Elmi fəaliyyət mexanizminin istiqamətləri:

 

Layihənin adı və məqsədi:

1. “İlk tədqiqat nəticəsi” adlı mükafat gənc tədqiqatçıların elmi araşdırılmalarının nəticələrinin – məqalə, monoqrafiya, dərs vəsaitlərinin nəşr olunmasına dəstək;

 

2. “Layihə əsaslı tədqiqatlar” mükafat BSU-da pedaqoji prosesin və elmi tədqiqatın inkişafına xidmət edəcək tətbiqi xarakterli layihələrin dəstəyinə xidmət edir.

 

3. “İlin gənc tədqiqatçısı” nominasiyası. Əsas məqsəd gənc tədqiqatçıların fəaliyyətini dəyərləndirməkdir.

 

 

Mükafatlandırılmanın maliyyə mexanizmi:

Gənc tədqiqatçıların mükafatlandırılması üçün universitet büdcəsindən cəmi 9000 manat ayrılan məbləğ aşağıda qeyd edilən istiqamətlər üzrə 3 bərabər hissəyə bölünür.

 

İLK TƏDQİQAT NƏTİCƏSİ

“İlk tədqiqat nəticəsi” adlı mükafatın elm sahəsində fəaliyyəti olan gənc tədqiqatçılara verilməsi nəzərdə tutulur. Bu istiqamət üzrə 3000 manat mükafat nəzərdə tutulub. Təqdim olunacaq mükafat gənc tədqiqatçılara müxtəlif ixtisaslar üzrə universitetin elmi bazasının zənginləşdirməsində zəruri olan elmi-tədqiqat işlərinin çap edilməsinə xidmət edir.

Mükafat 3 nominasiya üzrə veriləcək:

 

Elmi-tədqiqat işinin növü

 

1. Məqalə - mükafat fondu-500 manat

 

2. Monoqrafiya - mükafat fondu -1000 manat

 

3. Dərs vəsaiti -mükafat fondu- 1500 manat

 

Nominasiya üzrə seçilən elmi-tədqiqat məhsullarının meyarları:

 

1. Elmi-tədqiqat işinin (ETİ) beynəlxalq nüfuzlu jurnallarda çap olunması (o

2. cümlədən “Q” səviyyəsi); (məqalə üçün nəzərdə tutulub);

3. ETİ-nin Universitetin ixtisaslarına və elmi istiqamətlərinə uyğun olması;

4. ETİ-nin BSU-nun pedaqoji prosesdə tədrisin yüksəldilməsində innovativ

5. Olması;

6. İlk çap məhsulu olması

 

LAYİHƏ ƏSASLI TƏDQİQATLAR

“Layihə əsaslı tədqiqatlar” adlı mükafat BSU-da pedaqoji prosesin və elmi tədqiqatın inkişafına xidmət edəcək tətbiqi xarakterli layihələrin dəstəyinə xidmət edir.Bu istiqamət üzrə cəmi 3000 manat mükafat nəzərdə tutulub.

 

Mükafat aşağıda qeyd edilən meyarlara uyğun veriləcək:

1. Tədqiqat layihə əsaslı olmalıdır;

2. Qrup şəklində olan tədqiqatlar təqdim edilməlidir;

3. Tədris prosesinin inkişafına yönəlmiş tədqiqatlar olmalıdır;

4. Layihə tədrisin təşkili prosesini dəstəkləməlidir.

 

İLİN GƏNC TƏDQİQATÇISI

“İlin gənc tədqiqatçısı” nominasiyası. Bu istiqamət üzrə cəmi 3000 manat mükafat nəzərdə tutulub.

Nominasiyasının verilməsi üçün gənc tədqiqatçıların fəaliyyətini dəyərləndirmək məqsədilə reytinq cədvəli tərtib edilib. Cədvələ uyğun olaraq iddiaçının 1 təqvim ili ərzində gördüyü elmi-tədqiqat işləri barədə məlumat verilir. Reytinq cədvəlində ilk üç yerə layiq görülən tədqiqatçılara “İlin gənc tədqiqatçısı” nominasiyası veriləcəkdir.

Nominasiya üzrə mükafatlandırılma 3 ən yüksək bal göstəricisinə görə aşağıda göstərilən bölgüyə uyğun aparılacaqdır:

1 – ci yer-1500 manat;

2 – ci yer-1000 manat;

3 – cü yer-500 manat

Gənc tədqiqatçıların reytinqini müəyyən edən mexanizmlər

I. Elmi-tədqiqat işlərinin növünə görə verilən ballar:

 

ETİ növü:

1. Tezis -1 bal;

2. Məqalə -2 bal;

3. Monoqrafiya- 3 bal;

4. Dərs vəsaiti -4 bal

 

II. Elmi tədqiqatın araşdırılmasında iştirak edən müəlliflərin sayına görə verilən ballar:

 

1. Müəlliflərin sayı-1;

2. Müəlliflər qrupu 1

 

III. Nəşrlərin lokallığına görə verilən ballar:

 

Nəşrin növü:

1. Yerli nəşrlər-1;

2. Xarici nəşrlər -2

 

IV. Jurnalların indeksləşdirilməsi reytinqinə görə verilən ballar:

 

Jurnal:

1. SCOPUS bazalı- 1bal;

2. Web of Science bazalı-2 bal;

3. РИНЦ bazalı-3bal

 

V. Beynəlxalq elmi-metrik bazalarının “Q” səviyyəsinə görə:

“Q” səviyyələri:

1. Q 1-1bal;

2. Q 2-2 bal;

3. Q 3-3bal;

4. Q 4-4 bal

 

VI. Elmi tədqiqatın çap dilinə görə verilən ballar:

ETİ çap dili:

1. İngilis dilində-1 bal;

2. Rus dilində-2 bal;

3. Digər xarici dillərdə-3 bal

 

VII. Beynəlxalq tədbirlərdə, konfranslarda, forumlarda iştirakına görə verilən ballar və s.:

 

1. Dinləyici-1bal;

2. Məruzəçi-2 bal;

3. Moderator-3bal;

4. Təşkilatçı-4 bal

 

 

Layihədə iştirak etmək üçün aşağıdakı təqvim uyğun olaraq müraciət edilməlidir:

 

Layihənin adı

 

“İlk tədqiqat nəticəsi” -Cari tədris ili ərzində

 

1. Müraciət tarixi-15 dekabr;

 

2. Müraciətin son tarixi-15 aprel;

 

3. Müraciətin forması -Xüsusi anket forması;

 

4. İşçi qrupunun qərarı-15 maya qədər;

 

5. Apellyasiya müddəti -25 maya qədər;

 

6. Mükafatlandırılma tarixi -10 iyun

 

 

 

 

Layihənin adı

 

“Layihə əsaslı tədqiqatlar” -Cari tədris ili ərzində

 

1. Müraciət tarixi-15 dekabr;

 

2. Müraciətin son tarixi-25 yanvar;

 

 

3. Müraciətin forması- Xüsusi anket forması;

 

4. İşçi qrupunun qərarı- 25 fevrala qədər;

 

 

5. Apellyasiya müddəti- 5 marta qədər;

 

 

6. Mükafatlandırılma tarixi - 15 mart

 

Layihənin adı

 

“İlin gənc tədqiqatçısı”- Təqvim ili ərzində

 

1. Müraciət tarixi-15 noyabr;

 

2. Müraciətin son tarixi- 5 dekabr;

 

 

3. Müraciətin forması- Xüsusi anket forması;

 

4. İşçi qrupunun qərarı- 10 dekabr ;

 

 

5. Apellyasiya müddəti-15 dekabr;

 

6. Mükafatlandırılma tarixi - 24 dekabr

 

 

Elmi araşdırmalarını komissiyaya təqdim etmək istəyən tədqiqatçı /

tədqiqatçılar qrupuna irəli sürülən ümumi tələblər:

 

1. Komissiyanın müzakirəsinə dair işləri ayrı-ayrı şəxslər və ya qrup şəklində (o

cümlədən kafedra, şöbə, laboratoriya, mərkəz əməkdaşları təqdim edə bilər);

 

2. Layihədə Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilər;

 

3. Müsabiqədə iştirak etmək istəyən xarici vətəndaşlar yalnız universitetin gənc

tədqiqatçıları ilə birgə layihələrdə iştirak edə bilərlər;

4. Müsabiqə yaşı 45-dən aşağı olan şəxslərə şamil olunur;

 

5. İştirakçı müraciət etdiyi tədris ili ərzində yalnız bir nominasiya üzrə

mükafatlandırıla bilər;

6. İştirakçı cari tədris ili ərzində yalnız bir dəfə müraciət edib mükafatlandırıla

bilər;

7. Müsabiqəyə təqdim edilən bütün növ çap məhsulları plagiat proqramı vasitəsilə

yoxlanılmalıdır (mətnin orijinallığı 85%-dən az olmamalıdır);

8. Layihənin həyata keçirilməsi prosesində iddiaçıya universitet tərəfindən

ayrılmış məbləğdən daha çox vəsaitə ehtiyac yaranarsa, həmin fərq iddiaçı

tərəfindən ödənilməlidir;

9. “İlin gənc tədqiqatçısı” nominasiyasında iştirak etmək üçün reytinq göstəric

isi

cədvəlində müəyyən edilən 7 bənddən ən azı 5-i uyğun olmalıdır;

 

Layihədə iştirak etmək üçün “iştirakçı anketi”ni və qeyd olunan tələblərə

uyğun olaraq çap materiallarını PDF formatında bir qovluqda aşağıdakı e-mail

ünvanına göndərməyinizi xahiş edirik:

E-mail: musabiqe@bsu-uni.edu.az

QEYD: Qoyulan tələblərə uyğun olmayan tədqiqat işləri komissiya

tərəfindən qəbul edilməyəcək.