BSU-nun tələbələri “Heydər Əliyev və Azərbaycan tarixi” VII ümumrespublika bilik yarışında iştirak ediblər

   

Noyabrın 12-də Heydər Əliyev Mərkəzində Təhsil Nazirliyinin dəstəyi ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin həyatının, çoxşaxəli fəaliyyətinin, irsinin, eləcə də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın Ermənistanın 30 ildən çox davam edən işğalından azad olunması uğrunda aparılmış Vətən müharibəsi, şanlı Zəfər tariximizin öyrənilməsi və təbliği məqsədilə ali təhsil müəssisələrinin tələbələri arasında “Heydər Əliyev və Azərbaycan tarixi” VII ümumrespublika bilik yarışı keçirilib. Ümumrespublika bilik yarışında Bakı Slavyan Universitetinin tələbələri də iştirak ediblər.