Magistrantlar Şurasının üzvləri İkinci Şəhidlər xiyabanında və Zəfər yarmarkasında

   

Noyabrın 8-də Bakı Slavyan Universiteti Magistrantlar Şurasının üzvləri İkinci Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib və onların əziz xatirəsini dərin ehtiramla yad ediblər. Bundan başqa, magistrantlar 8 Noyabr-Zəfər Gününə həsr olunmuş Zəfər yarmarkasında da iştirak ediblər. Onlar Zəfər yarmarkasında Azərbaycan Silahlı Qüvvələrinə məxsus döyüş texnikaları, həmçinin digər təminat-təchizat növləri ilə tanış olublar