Ağdama səfər etmiş tələbə-könüllülərimiz Zəfər Gününə həsr olunmuş böyük ağacəkmə aksiyasında iştirak ediblər. 800-ə yaxın ağacın əkilməsi nəzərdə tutulan bölgədə könüllülərimiz fəal iştirak ediblər. Həyat mənbəyimiz olan ağacların sayının çox olmasının vacibliyini bilən gənclərimiz Ağdam şəhərinə yeni nəfəs veriblər.
Səfər zamanı tələbə-könüllülərimiz eyni zamanda Cümə Məscidini, Şahbulaq qalasını, həmçinin Ağdam Dövlət Dram Teatrını ziyarət ediblər və şəhərlə yaxından tanış olmaq şansı qazanıblar.
Səfərdə Bakı Slavyan Universitetinin (BSU) Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin III tədris ili tələbəsi, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin BSU üzrə koordinatoru Ləman Cavadova və universitetin Pedaqoji fakültəsinin II tədris ili tələbəsi, fəal tələbə-könüllüsü Murad Zərgərov da iştirak ediblər.