Bakı Slavyan Universitetinin tələbələri Zəfər Gününə həsr olunmuş fləşmobda fəal iştirak ediblər

       

       

.Noyabrın 8-də Bakı Slavyan Universitetinin (BSU) tələbələri "Regional İnkişaf" İctimai Birliyinin dəstəyi ilə "Ağ şəhər" bulvarında təşkil olunan Zəfər Gününə həsr olunmuş möhtəşəm fləşmobda fəal iştirak ediblər. Tədbirdə BSU-nun bütün fakültələrinin tərbiyə işləri üzrə dekan müavinləri, tyutorlar və tələbələr təmsil olunublar. Fləşmobda könüllü gənclərin iştirakı ilə Vətən müharibəsinin rəmzi olan "Dəmir yumruq"kompozisiyası yaradılıb, altından isə "Zəfər Günü" sözləri yazılıb. Qeyd edək ki, "Zəfər" sözündəki "Z" və "Ə" hərflərinin əks olunmasını BSU –nun tələbələri reallaşdırıblar.Fləşmob tələbə-gənclərin Vətən müharibəsində qazanılmış Böyük Qələbəyə görə sevinc və qürur hisslərini daha da artırıb.