Məktəbəqədər və ibtidai təhsil fakültəsində esse müsabiqəsi

      

   

Noyabrın 5-də Bakı Slavyan Univeristetinin Məktəbəqədər və ibtidai təhsil fakültəsində 8 Noyabr-Zəfər Günü münasibətilə "Şanlı Zəfər Yolu" adlı esse müsabiqəsinə start verilib. Müsabiqə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Məktəbəqədər və ibtidai təhsil fakültəsinin tərbiyə işləri üzrə dekan müavini,dosent Sevinc Musayeva tələbələrə müsabiqənin keçirilmə qaydaları barədə ətraflı məlumat verib. 

Qeyd edək ki,müsabiqənin yekununda qaliblərə sertifikat veriləcək.