Tərcümə fakültəsində Zəfər Gününə həsr olunan tədbir keçirilib

    

   

Noyabrın 5-də Bakı Slavyan Universitetinin Tərcümə fakültəsində Tələbə Elmi Cəmiyyətinin təşəbbüsü ilə 8 Noyabr- Zəfər Gününə həsr olunan dəyirmi masa keçirilib. Dəyirmi masada

Tərcümə fakültəsinin dekanı vəzifəsini icra edən, dosent Kamran Hacıyev, təlim- tərbiyə işləri üzrə dekan müavini, dosent Quba Məcidova və fakültənin tələbələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan fakültənin dekanı, dosent Kamran Hacıyev müəllim və tələbələri 8 Noyabr- Zəfər Günü münasibətilə təbrik edib, düşmən üzərində qazanılmış Böyük Qələbənin tarixi-siyasi əhəmiyyətindən geniş danışıb.

Onlayn formada keçirilən dəyirmi masada tələbə- gənclərin bir qismi inşa ilə, digər qismi isə şeirlə çıxış ediblər.