BSU-nun magistrantları Hərbi Qənimətlər Parkında olublar

Noyabrın 3-də Bakı Slavyan Universitetinin Magistrantlar Şurasının təşəbbüsü ilə magistrantların Hərbi Qənimətlər Parkına ekskursiyası təşkil edilib. Magistrantlar Vətən müharibəsində Azərbaycan Ordusunun düşməndən qənimət götürdüyü Ermənistan Silahlı Qüvvələrinə məxsus zirehli texnikalar, tank, top, piyada döyüş maşınları, digər hərbi texnika və sursatlar, həmçinin düşmən sığınacağı və 9 hissədən ibarət olan maneə səddi ilə yaxından tanış olublar. Ekskursiya zamanı qənimət götürülmüş texnikaların döyüş və texniki xarakterləri barədə də geniş məlumatlar dinlənilib.