BSU-da Zəfər Gününə həsr olunan esse müsabiqəsi keçirilir

      

Bakı Slavyan Universitetinin Pedaqoji fakültəsinin Praktik rus dili və onun tədrisi metodikası kafedrasının təşkilatçılğı ilə 8 Noyabr-Zəfər Gününə həsr olunan “Misilsiz cəsarət” adlı esse müsabiqəsi keçirilir. Müsabiqənin keçirilməsində məqsəd tələbə-gənclərin yaradıcılıq istedadını üzə çıxarmaq və onların vətənpərvərlik ruhunu artırmaqdır.

Bu münasibətlə noyabrın 4-də keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Pedaqoji fakültənin Praktik rus dili və onun tədrisi metodikası kafedrasının müdiri, dosent Mehriban Hüseynova Vətən müharibəsinin tariximizə qızılı hərflərlə yazıldığını vurğulayıb. Qeyd edilib ki, hamımız bizə bu Qələbə sevincini yaşadan Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və rəşadətli Azərbaycan Ordusuna minnətdarıq.

Tədbirdə Vətən müharibəsini əks etdirən videoçarx nümayiş etdirilib.

Müsabiqədə Pedaqoji fakültənin II tədris ili tələbələri Yaşar Quliyev, Aydan Musayeva, Sevinə Məmmədova, ŞəbnəmVəliyeva, III tədris ili tələbələri Nigar Rəsulzadə, Ləman Behbudlu, Aysel Hüseynzadə, Aytac Musayeva, IV tədris ili tələbələri Zəhra Şərifzadə, Alyona Nuriyeva, Mədinə Müzəffərzadə, Sabrina Mirzəyeva, Sona Şavruqova, Məryəm Zeynalova iştirak edirlər. 

Qeyd edək ki, müsabiqənin yekununda bütün iştirakçılara sertifikatlar, I, II, III yeri tutan tələbələrə isə serttifikat və kitab təqdim olunacaq.