BSU-nun dosenti Kəmalə Umudova beynəlxalq tədbirdə iştirak edib

   

Oktyabrın 30-da böyük rus yazıçısı və mütəfəkkiri Fyodor Dostoyevskinin 200 illik yubileyi münasibətilə Argentina Dostoyevski Cəmiyyəti və Buenos-Ayres Rus Evi tərəfindən Beynəlxalq Dostoyevski Cəmiyyəti və Rusiya Tərcümə İnstitutunun dəstəyi ilə “Мир читает Достоевского” ( “El mundo lee a Dostoievski”) adlı “Beynəlxalq Dostoyevski oxuları” (“Cinayət və cəza” romanı) təşkil edilib. Türkiyə, Yaponiya, Rusiya, İran, Almaniya, İspaniya, İtaliya daxil olmaqla,ümumilikdə 22 ölkənin tanınmış tərcüməçisinin və ədəbiyyatşünaslarının iştirakı ilə keçilirən və “Yutub” platforması üzərindən canlı yayımlanan bu beynəlxalq tədbirdə Azərbaycanı Bakı Slavyan Universitetinin Filologiya və xarici dil müəllimliyi fakültəsinin Rus ədəbiyyatı tarixi kafedrasının dosenti Kəmalə Umudova təmsil edib. Dosent Kəmalə Umudova yazıçının “Cinayət və cəza” romanından bir parçanı Azərbaycan dilində səsləndirib.