BSU-nun tələbələri xarici işlər naziri Ceyhun Bayramovla görüşdə iştirak ediblər

      

   

Oktyabrın 30-da Bakı Dövlət Universitetində xarici işlər naziri Ceyhun Bayramovla "44 günlük Vətən müharibəsi dövründə və sonrası Azərbaycanın xarici siyasəti" mövzusunda görüş keçirilib.Görüşdə Bakı Slavyan Universitetini Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin Diplomatiya və xarici siyasət kafedrasının baş müəllimi Aygün Əliyevanın rəhbərliyi ilə fakültənin BM-401-ci qrup tələbələri Pünhan Feyziyev,Tamella Qubiyeva,Elgün İsmayılov,Ulduz Abdullazadə və Aytac Babazadə təmsil ediblər. Ölkəmizin 8 ali təhsil müəssisəsinin tələbələri ilə keçirilən maraqlı və səmimi görüşdə xarici işlər naziri Ceyhun Bayramov tərəfindən Vətən müharibəsi dövründə və ondan sonrakı müddət ərzində Azərbaycanın yürütdüyü xarici siyasət kursunun əsas istiqamətləri ətraflı şərh edilib.

Görüşün sonunda tələbə-gənclərin çoxsaylı sualları cavablandırılıb.