BSU-nun şəhid məzunu Nicat Şükürlünün doğum günüdür

Oktyabrın 23-ü Bakı Slavyan Universitetinin məzunu, Vətən müharibəsi şəhidi Nicat Ayaz oğlu Şükürlünün doğum günüdür.

Azərbaycan Ordusunun çavuşu Nicat Şükürlü 2020-ci il sentyabrın 27-də erməni işğalı altında olan torpaqlarımızın azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonunun və Xocavənd rayonunun Hadrut qəsəbəsinin azad edilməsi uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Oktyabrın 11-də Hadrut döyüşləri zamanı qəhrəmancasına şəhid olub.Ölümündən sonra "Vətən uğrunda" , "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib,təhsil aldığı 49 nömrəli məktəb-liseydə büstü və yaşadığı küçədə xatirə lövhəsi yaradılıb.

 Nicat Şükürlünün əziz xatirəsini dərin hörmət və ehtiramla anırıq!

Allah rəhmət eləsin!