Bakı Slavyan Universitetinin tələbəsi Mədinə Yusubzadə Fəxri Fərmanla təltif edilib

      

Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin şəhər nümayəndəliyi və Sumqayıt Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə məktəblilər arasında Vətən müharibəsinə həsr edilmiş "Xəmsə " Milli İntellektual Oyunu keçirilib.6 mərhələ üzrə davam edən intellektual oyun şəhərin 32 orta ümumtəhsil müəssisəsini əhatə edib.İntellektual oyunun təşkilində səmərəli fəaliyyətinə görə Bakı Slavyan Universitetinin tələbəsi Mədinə Yusubzadə Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Fəxri Fərmanla təltif edilib.Tələbəmizə növbəti layihələrdə yeni-yeni uğurlar arzulayırıq.