BSU-da "Məişət zorakılığına yox deyək!" adlı maarifləndirici tədbir keçirilib

       

   

Oktyabrın 19-da Azərbaycan Respublikasının Ailə , Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) və Bakı Slavyan Universitetinin (BSU) birgə təşkilatçılığı ilə universitetin tələbə-gəncləri üçün "Zoom" platforması vasitəsilə " Məişət zorakılığına yox deyək!" adlı maarifləndirici tədbir keçirilib. Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd "Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı" nın "Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə mövzusunda ali təhsil və peşə təhsili müəssisələrində mühazirə və seminarların təşkili" bəndinin icrasını təmin etməkdir.

AQUPDK-nın Ailə problemləri şöbəsinin əməkdaşları Rafiq Mahmudov və Səmra Əliyeva gənclərin məişət zorakılığı və onun qarşısının alınması, nəticələrinin aradan qaldırılması istiqamətində maarifləndirilməsi, eləcə də maarifləndirmə məlumatlarının aktiv şəkildə digər şəxslərə çatdırılması barədə geniş çıxış ediblər. 

Tədbirdə təqdimat, maarifləndirmə vəsaiti və qısametrajlı film nümayiş etdirilib,tələbə-gənclərin mövzu ilə bağlı sualları cavablandırılıb. 

BSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova müasir dövrümüz üçün aktual olan mövzunu dolğun əhatə etdikləri üçün çıxışçılara minnətdarlığını bildirib.