#BİR tələbə-könüllülər növbəti dəfə Ağdamda olublar

       

      

      

"Bir Könüllü" Təşkilatının və Azərbaycan Respublikası Prezidentinin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyinin birgə əməkdaşlığı çərçivəsində Ağdam könüllülərinin sözügedən şəhərə növbəti səfəri baş tutub. Səfər çərçivəsində Ağdam könüllüləri ziyarətçilərlə birlikdə şəhər gəzintisində iştirak edib, təşkilati işlərdə yaxından köməklik göstəriblər.

Səfərin məqsədi Ermənistan tərəfindən işğal dövründə törədilmiş dağıntı və vandalizmin nəticələrini görmək, işğaldan azad edilmiş torpaqlarda hazırkı mövcud vəziyyətlə, həmçinin şəhərin tarixi-mədəni irsi, görülən abadlıq-quruculuq işləri ilə tanış olmaqdır.

Səfər zamanı “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin Bakı Slavyan Universiteti üzrə koordinatoru,Beynəlxalq münasibətlə,regionşünaslıq və jurnalistika fakültəsinin III tədris ili tələbəsi Nizami Xəlilov da öz könüllü dəstəyini göstərib.

#bir #birkonullu #TəhsilNazirliyi #eduaz#eduaz