Tələbə Gənclər Təşkilatının fəalları III Ümumrespublika elmi-yaradıcılıq müsabiqəsində iştirak ediblər

         

Oktyabrın 9-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə " İdeya var " III Ümumrespublika elmi-yaradıcılıq müsabiqəsi keçirilib. Müsabiqədə Bakı Slavyan Universiteti( BSU) Tələbə Gənclər Təşkilatının (TGT) fəalları da iştirak ediblər.

Müsabiqənin məqsədi gənclərin elmi və yaradıcılıq fəaliyyətini, sosial təşəbbüskarlığını stimullaşdırmaq, innovativ potensialının nümayiş etdirilməsi üçün əlverişli şərait yaratmaq, onları tədqiqat və elmi araşdırma fəaliyyətinə həvəsləndirmək olmuşdur.